Bank Of Baku

ABŞ-da Obamaya və senatorlara zəhərli məktublar göndərməkdə təqsirli bilinən karate üzrə məşqçi saxlanılıb - YENİLƏNİB

ABŞ-da Obamaya və senatorlara zəhərli məktublar göndərməkdə təqsirli bilinən karate üzrə məşqçi saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 27 aprel 2013 22:43 (UTC +04:00)

Bakı-APA. FTB əməkdaşları ABŞ-ın Mississipi ştatındakı Tupelo şəhərində prezident Obamaya və senatorlara zəhərli məktublar göndərməkdə təqsirləndirilən karate üzrə məşqçi Ceyms Everett Datçkeni saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyinə Tupelo şəhər polisinin şefi Toni Sarleton bildirib. Saxlanılan şəxsə zəhərli ritsin maddəsini saxlamaq və onu bioloji silah kimi istifadə etmək cəhdi ittihamları irəli sürülüb. Təqsiri sübuta yetirilsə o ömürlük həbs cəzasına və 250 min dollar cəriməyə məhkum oluna bilər.   

 

“Ceyms Datçke Tupeloşəhərindəki evində insidentsiz həbs olunub”, deyə mənbə bildirib.   

 

Xatırladaq ki, aprelin 15-16-da prezident Obamaya və bir neçə senator tərkibində öldürücü ritsin zəhəri olan məktub göndərilib.  Aprelin 18-də fakt üzrə şübhəli bilinən Pol Kevin Kertis adlı şəxs həbs olunub.  Aprelin 24-də Pol Kevin Kertis azadlığa buraxılıb və ona təqdim olunan ittihamlar geri götürülüb.  Məlumata görə, karate üzrə təlimçi işləyən Datçke 2007-ci ildə Mississipi ştatının Nümayəndələr Palatasına namizədliyini irəli sürüb və Pol Kertislə əməkdaşlıq edib. Sonradan onların arasında münaqişə baş verib.   

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR