Bakı-APA. ABŞ-ın Denver şəhərində iki azyaşlı övladını qətlə yetirən və bir uşağını isə ağır yaralayan qadın faciədən öncə əri ilə mübahisə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Denver Post” qəzeti qadının qohumlarına istinadən xəbər verir.
Xatırladaq ki, 23 yaşlı Mayros Peresin açdığı atəş nəticəsində onun iki övladı – biryaşlı Erik Peres və 4 yaşlı Neva Morales ölüb. İkiyaşlı İzabel Peres ağır güllə yarası alaraq koma vəziyyətinə düşüb. Övladlarını qətlə yetirdikdən sonra qadın özünü güllələyərək intihar edib.
Qadının əri Rikki Peres yaralı uşağın yerləşdiyi xəstəxanadadır. O faciəyə şərh verməkdən imtina edir.
Polis facıənin təfərrüatlarını və baş vermə səbəblərini araşdırır.