Bakı-APA. ABŞ-da senatorlara tərkibinə öldürücü ritsin zəhəri hopdurulmuş məktubları göndərməkdə şübhəli bilinən Kennet Kertis adlı şəxs həbs olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı məlumat yayıb.
Qeyd edək ki, ötən gün ABŞ-da bir neçə senator tərkibində öldürücü ritsin zəhəri olan məktub alıb.
İnsidentin təfərrüatları hələlik məlum deyil.
Xatırladaq ki, “şübhəli” məktublardan biri ABŞ prezidenti Barak Obamaya da ünvanlanıb. Belə ki, ötən gün qeyd olunan məktub Ağ Evin poçt qovşağında aşkar olunub. Oxşar məktublar respublikaçı senator Rocer Uikerə və demokrat Karl Levinə də göndərilib.