Bakı-APA. ABŞ-da Nyu-Yorkdan Arkanzasadək qar çovğunu ilə bağlı elan olunmuş xəbərdarlıqlar səbəbindən 1000-dən çox aviareys təxirə salınıb. APA-nın məlumatına görə, bu barədə Business Insider məlumat yayıb.
Meteoroloqların proqnozuna əsasən, çərşənbə günü fırtına Şimal və Cənubi Karolinaya çatacaq. Nyu-York, Konnektikut, Pensilvaniya və Massaçusets ştatlarında güclü qar yağacağı gözlənilir.
CNN-in xəbərinə görə, fırtına nəticəsində Alabamada 120-dən çox binaya ziyan dəyib, bir nəfər ciddi xəsarət alıb.
Bundan başqa qeyd olunur ki, ölkənin cənub-şərq sahilində 215 mindən çox amerikalı işıqsız qalıb.