Bank Of Baku

ABŞ-da sərnişin qatarı yük maşını ilə toqquşub, 14 nəfər xəsarət alıb

ABŞ-da sərnişin qatarı yük maşını ilə toqquşub, 14 nəfər xəsarət alıb
# 28 oktyabr 2014 20:43 (UTC +04:00)

Bakı-APA. ABŞ-da İndianapolisdən Çikaqoya hərəkət edən qatar yük maşını ilə toqquşub, nəticədə 14 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, xəsarət alanların hamısı Amtrak dövlət şirkətinə məxsus qatarın sərnişinləridir. Məlumata görə, zərbədən yük maşının iki hissəyə bölünməsinə baxmayaraq, sürücü xəsarət almayıb.

 

Qatarda, ümumilikdə, 56 sərnişin və 3 maşinistin olduğu bildirilir. Onlar hadisə yerindən avtobuslarla təxliyə edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR