Bakı-APA. ABŞ-ın Kaliforniya ştatının Vestçester şəhərində «Nordstrom Rack» supermarketində quldurlar 14 nəfəri girov götürüblər. Bu barədə KTLA telekanalı məlumat yayıb.
Quldurlar üzlərinə maska taxmış iki nəfərdirlər. Onlar girovları dükanın anbarında saxlayıblar.
Daha sonra hadisə yerinə SWAT xüsusi təyinatlı polis dəstələri gəliblər. Keçirilən əməliyyat nəticəsində girovlar azad olunub.
Quldurlar qaçıblar. Onların axtarışı davam etdirilir.