Bakı-APA. ABŞ-ın Merilənd universitetinin tələbəsi bu otaq qonşularına atəş açaraq, onlardan birini qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb. Atəş açan şəxs sonda özünə güllə açaraq, intihar edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, adı çəkilməyən tələbə evin zirzəmisində tonqal qalamaq istəyib, qonşular ona mane olduqda isə onlara odlu silahdan atəş açıb.
Polisin məlumatına görə, yaralı tələbənin vəziyyəti qənaətbəxşdir. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat yoxdur.