Bakı-APA. Amerikanın Corciya ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan beş nəfər həlak olub, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, pilot eniş həyata keçirərkən, idarəetməni itirib və nəticədə təyyarə elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində təyyarənin qanadı qırılıb və o yerə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, yerə düşən kimi təyyarədə yanğın baş verib.
Məlumata görə, hələlik müəyyən olunmayan səbəbə görə, enməyə bir neçə dəqiqə qalmış pilot yüksəkliyə qalxmağa qərar alıb və təyyarəni eniş zolağından kənara istiqamətləndirib.