Bank Of Baku

ABŞ-da törədilmiş növbəti atışmada ən azı üç nəfər həlak olub

ABŞ-da törədilmiş növbəti atışmada ən azı üç nəfər həlak olub
# 19 fevral 2013 18:57 (UTC +04:00)

 

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatının magistral avtomobil yolunda fevralın 19-da törədilmiş atışma nəticəsində ən azı 3 nəfər ölüb, və bir neçə nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cinayətkar Orinc dairəsində bir nəfəri qətlə yetirərək avtomobilini qaçırıb. Bundan sonra o yolda bir neçə dəfə yol-hərəkət iştirakçılarına atəş açaraq, Tastin şəhərinə yollanıb.  

 

Yerli polisin məlumatına görə, Tastin şəhərində isə baş vermiş insident nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Bundan sonra cani şəhərdən bir neçə kilometr aralanaraq özünü güllələyib.  

 

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir. Polis ölənlərin sayının arta biləcəyini istisna etmir, çünki cinayətkarın hərəkət etdiyi yolda avtomobil sıxlığı yaşanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR