Bank Of Baku

ABŞ-da yanğın nəticəsində 5-i uşaq olmaqla 7 nəfər ölüb

ABŞ-da yanğın nəticəsində 5-i uşaq olmaqla 7 nəfər ölüb
# 10 mart 2013 03:56 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kentukki ştatında baş vermiş güclü yanğın nəticəsində 7 nəfər ölüb, onlardan 5 nəfəri uşaqdır. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalı məlumat yayıb.   

 

Yanğın martın 9-dan 10-na keçən gecə Qrey qəsəbəsinin kənarındakı evdə baş verib. Ölənlərin cəsədləri tanınmaz vəziyyətdə olduğundan, onların şəxsiyyəti barədə hələlik müəyyən olunmayıb.  

 

Yanğınsöndürənlər 3 saatdan sonra yanğını söndürə biliblər. Yanğının səbəbləri araşdırılır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR