Bakı-APA. ABŞ-ın Yeni Orlean şəhərinin keçmiş meri Rey Neyqinə qarşı korrupsiya ittihamı irəli sürülüb. APA- nın “BBC”yə istinadən verdiyi xəbərə görə, iddialara əsasən, Rey Neyqin “Katrrin” qasırğasından sonra ölkənin podryadçı şirkətlərinin şəhərin bərpasına cəlb olunması müqabilində onlardan 160 min dollar məbləğində rüşvət alıb.
Xatırladaq ki, Rey Neyqin məhz şəhərin bərpası məsələsində yaranmış problemlər və cinayətkarlığın artması səbəbindən tutduğu vəzifədən istefa verməyə məcbur olmuşdu.