Bank Of Baku

ABŞ-da zavodda baş verən partlayışda 2 nəfər yaralanıb

ABŞ-da zavodda baş verən partlayışda 2 nəfər yaralanıb
# 14 may 2013 01:56 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Qərbi Virciniya ştatında Airgas kimyəvi zavodunda baş vermiş güclü partlayış nəticəsində ən azı iki nəfər xəsarət alıb. Bu barədə APA RİA Novosti-yə istinadən məlumat verir.

 

Məlumata əsasən, müəssisədə naməlum səbəbdən asetilen qazı ilə dolu 6 çən partlayıb və yanğın başlayıb. Zavodun iki fəhləsi yanğından xəsarət alaraq xəstəxanaya çatdırılıblar. Onlarına həyatları üçün təhlükə olmadığı bildirilir.

 

Hazırda yanğın söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR