Bank Of Baku

ABŞ-ın Ferqyuson şəhərində iğtişaşlar baş verib, 5 nəfər həbs olunub

ABŞ-ın Ferqyuson şəhərində iğtişaşlar baş verib, 5 nəfər həbs olunub
# 25 sentyabr 2014 01:07 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ən azı 5 nəfər həbs olunub, 2 polis əməkdaşı xəsarət alıb.

 

Polis kapitanı Ron Conson küçələrin birində 200 nəfərin  toplaşdığını, bir neçə nəfərin isə gözəllik salonundan kassa aparatının çıxarılmasına cəhd etdiyini bildirib. Onun sözlərinə görə, polisin dağılışmaq barədə xəbərdarlığına etirazçılar daş və şüşə qablarla cavab verib.

 

Xatırladaq ki, avqustun 10-da qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirilib. Bundan sonra Ferqyson şəhərini etiraz aksiyaları bürüyüb, polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.  Bir neçə etirazçı polislə toqquşmalarda xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR