Bank Of Baku

ABŞ-da qanlı insident törədən şəxs intihar edib

ABŞ-da qanlı insident törədən şəxs intihar edib
# 01 fevral 2013 05:23 (UTC +04:00)

Bakı-APA.  ABŞ-ın Arizona ştatının Finiks şəhərində ofisə soxularaq insanlara atəş açan Artur Duqlas Xarmon intihar edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Xarmonun meyitini təsadüfi yoldan keçən şəxs aşkar edib. Onun avtomobili isə yaxınlıqdakı dayanacaqda aşkar edilib.   

 

Xatırladaq ki, yanvarın 31-də, ABŞ-ın Arizona ştatının inzibati mərkəzi olan Finiks şəhərində naməlum şəxsin ofisdə açdığı atəş nəticəsində 3 nəfər yaralanıb, onlardan biri sonradan vəfat edib.  

 

Şahidlərin məlumatına görə, atəş açan şəxs hadisə yerindən ağ rəngli “KİA Optims” markalı avtomobildə uzaqlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR