Bank Of Baku

ABŞ-ın Kolorado ştatında qar uçqunu 5 nəfərin ölümünə səbəb olub

ABŞ-ın Kolorado ştatında qar uçqunu 5 nəfərin ölümünə səbəb olub
# 21 aprel 2013 03:21 (UTC +04:00)

Bakı-APA. Aprelin 20-də ABŞ-ın Kolorado ştatındakı “Lovlend Pass” aşırımında baş vermiş qar uçqunu nəticəsində 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Klir Krik dairəsinin şerifi Don Krüqer bildirib.   

 

Onun sözlərinə görə, qar və buz layının altında 6 snoubordist qalıb, onlardan yalnız bir nəfəri  xilas etmək olub. Onun vəziyyəti barədə məlumat verilmir. Hadisədən dərhal sonra snoubordistlər ərazini kütləvi şəkildə tərk etməyə başlayıb, yaxınlıqdan keçən maqistral yol bağlanıb.   

 

“Lovlend Pass” aşırımı 3,6 min metr yüksəklikdə yerləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR