APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 3,9 bal gücünədək olub.
Oklahoma-Sitidən 30 km aralıda yerləşən Harra şəhərində binalarda xırda çatlar əmələ gəlib, şüşələr qırılıb, mağazalarda mallar yerə dağılıb.
Qeyd olunur ki, son şənbə-bazar günləri adıçəkilən ərazidə yeddi zəif zəlzələ qeydə alınıb.