Bakı. Könül Cəfərli - APA. “İran nüvə ölkəsi olmağa çox yaxınlaşıb”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer deyib.
O bildirib ki, İranın nüvə proqramı ilə maraqlanan ölkələr bu məsələ ilə bağlı bir an əvvəl qərar verməlidir: “BMT Təhlükəsizlik Şurasının üzvləri 15 ildir ki, İranın nüvə ölkəsi olmasını qəbul etmir. Lakin İran belə bir ölkəyə çevrilməyə çox yaxındır. Bunu indidən görmək mümkündür. Odur ki, İran kimi nüvə ölkəsinin necə qəbul ediləcəyi ilə bağlı ən qısa zamanda düşünmək və qərar vermək lazımdır. Əks halda, nəticələrə dözməli olacaqlar”.