Bank Of Baku

ABŞ-ın şimal-şərqində qasırğa xəbərdarlığı elan olunub

ABŞ-ın şimal-şərqində qasırğa xəbərdarlığı elan olunub
# 08 fevral 2013 05:10 (UTC +04:00)

Bakı-APA. ABŞ Milli meteoroloji xidməti yaxınlaşan qar fırtınası ilə bağlı ölkənin şimal-şərqində qasırğa xəbərdarlığı elan edib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, qar fırtınası zonasına Nyu York və Boston şəhərləri də daxil olunub.   

 

CNN-in verdiyi xəbərə görə, hal-hazırda güclü qar artıq yağmağa başlayıb. Nyu York şəhərində fevralın 8-də axşam saatlarında bir neçə saat ərzində 30 santimetrədək qar yağacağı proqnozlaşdırılır, küləyin sürəti isə saatda 65 kilometrə çatacaq.   

 

 Boston şəhərində məktəblər bağlanıb, sakinlərə evlərini imkan daxilində tərk etməmək məsləhət görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR