Bank Of Baku

ABŞ-ın Stoybenvill şəhərində qətliam təhlükəsi səbəbindən bütün məktəblər bağlanıb

ABŞ-ın Stoybenvill şəhərində qətliam təhlükəsi səbəbindən bütün məktəblər bağlanıb
# 08 yanvar 2013 19:10 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ohayo ştatının Stoybenvill şəhərində təhsil müəssisələrindən birinə daxil olmuş təhdid səbəbindən bütün məktəblərin işi dayandırılıb. APA-nın məlumatına görə, bu barədə İTAR-TASS yerli KİV-lərə istinadən xəbər verir.    

 

Stoybenvill şəhərinin Təhsil departamentinin nümayəndəsi Mayk Makveyin açıqlamasına görə, bu gün sosial şəbəkələrin birində əhali arasında təşvişə səbəb olan məlumat yerləşdirilib. Məlumatda bildirilir ki, bir nəfər yerli məktəblərin birinə silahlı basqın planlaşdırır. Bununla bağlı ehtiyat tədbiri kimi şəhərdə bütün təhsil ocaqlarını bağlamaq qərara alınıb. Polis fakt üzrə araşdırmalara başlayıb.

 

Xatırladaq ki, dekabrın 14-də ABŞ-ın Konnektikut ştatında 20 yaşlı Adam Lanza ibtidai məktəbə gələrək 20-si uşaq olmaqla 26 insanı amansızcasına qətlə yetirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR