Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna baş naziri Arseni Yatsenyuk ABŞ vitse-prezidenti Cozef Baydenlə görüşüb.
APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Kiyevdə keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafı perspektivləri və digər məsələlər müzakirə olunub.
C. Bayden bu çətin vəziyyətdə Ukrayna hökumətinin iqtisadiyyatın inkişafı və korrupsiya ilə mübarizə sahəsində uğurlu addımlar atdığını vurğulayıb.
“ABŞ Ukraynaya kömək etmək istəyir”, - deyə o qeyd edib.
C. Baydenin həmçinin Ukrayna prezidenti Petro Poroşenko ilə görüşü gözlənilir.