Bakı-APA. ABŞ prezidenti Barak Obama gələcək maliyyə nazirinin adını elan edib. Söhbət Ağ Ev aparatının hazırkı rəhbəri Ceykob Lyudur.
Yeni vəzifədə Lyu Timoti Qaytneri əvəz edəcək. Qaytner hələ 2011-ci ildə ailə vəziyyəti ilə əlaqədar vəzifəsini tərk edəcəyini bildirmişdi.
Lyu Senat tərəfindən təsdiq olunduqdan sonra vəzifəsini icra edə biləcək. Barak Obama Senatın Ceykob Lyunu təsdiq edəcəyini ümid etdiyini bildirib.