Bakı-APA. «Əgər Rusiya prezident Bəşər Əsədin getməsinə tərəfdar olsa və ona dəstək verməyi dayandırmasa, Suriya münaqişəsinin nizamlanması prosesi sürətlənər». APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri belə bir bəyanatla çıxış edib.
«Biz Rusiyanın əlində Suriya böhranını həll edəcək hansısa sehrli çubuğun olduğunu iddia etmirik», deyə Kerri bildirib.
Lakin onun sözlərinə görə, Vaşinqtonda əmindirlər ki, «əgər Rusiya Əsədin getməsinin vacibliyini aydın şəkildə bəyan etsə, onun siyasi legitimliyini təmin etməyə və dəstək verməyə son qoysa, bu bizim vəzifələrimizi asanlaşdırar».