Bank Of Baku

ABŞ: Rusiyanın “Cənub axını”ndan imtina etməsi iqtisadiyyatının vəziyyəti ilə bağlıdır

ABŞ: Rusiyanın “Cənub axını”ndan imtina etməsi iqtisadiyyatının vəziyyəti ilə bağlıdır
# 03 dekabr 2014 00:44 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Rays bildirib.  

 

“Rusiya iqtisadiyyatında il ərzində problemlər yaşanır. Rublun kursu 37 faiz aşağı düşüb, ölkədən kapital axını artıb, Beynəlxalq Valyuta Fondu təsəlliverici olmayan proqnozlar verir”, deyə Rays bildirib. Onun sözlərinə görə, bunlar beynəlxalq  sanksiyaların təsiri nəticəsində baş verib.

 

S.Rays Rusiyanın “Cənub axını”ndan imtina etməsini əhəmiyyətli hadisə adlandırıb: “Rusiya hökuməti tərəfindən həyata keçirilən  bu mühüm layihə, çox güman ki, reallaşdırılmayacaq”, deyə o bildirib. Onun sözlərinə görə, bu Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaradacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR