Bakı. Zümrüd Paşayeva – APA. Ukraynada sabitlik bərpa olunsa, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edəcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın qurumdakı daimi nümayəndəsi Samanta Pauer deyib.
"Döyüşlər dayansa, sərhəd zonasında yerləşən xarici silahlı qüvvələr geri çəkilsə, habelə əsirlər geri qaytarılsa, sanksiyaları ləğv etməyə hazırıq”, - deyə o vurğulayıb.
S. Pauer ölkəsinin Minsk razılaşmasını, Ukraynada sülh və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd edib.