Bakı-APA. ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, ABŞ özünü və müttəfiqləri Cənubi Koreya və Yaponiyanı KXDR-dən gələn təhlükədən qorumağa hazırdır.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Con Kerri həmçinin Şimali Koreyanın rəsmi nümayəndələrinin bəyanatlarını təhlükəli və məsuliyyətsiz adlandırıb.
Qeyd edək ki, aprelin 2-də rəsmi Pxenyan 2007-ci ildə nüvə mərkəzində fəaliyyəti dayandırılmış reaktorun işini bərpa etmək niyyətində olduğunu bəyan edib. Martın 31-i KXDR-in Əmək Partiyasının Mərkəzi Komitəsinin fövqəladə iclasında nüvə silahını “millətin həyatı” adlandırıb.