Bank Of Baku

ABŞ dövlət katibi: “İran ətrafındakı gərginliyin diplomatik yolla həlli üçün pəncərə sonsuzadək açıq qala bilməz”

ABŞ dövlət katibi: “İran ətrafındakı gərginliyin diplomatik yolla həlli üçün pəncərə sonsuzadək açıq qala bilməz”
# 05 mart 2013 00:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İranın təhlükəsiz nüvə enerjisindən istifadə etmək haqqı var. Lakin bunun üçün müəyyən standartlar mövcuddur”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri bildirib.

 

Onun sözlərinə görə, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həlli üçün pəncərə sonsuzadək açıq qala bilməz: “Problemin həlli üçün hələlik vaxt var. Lakin bunun üçün İran məsələyə ciddi yanaşmalıdır. Danışıqlar sırf müzakirə xətrinə davam etməyəcək və etməməlidir də. Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətliyik. ABŞ İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nizamnaməsinə əməl etməyə çağırır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR