Bakı. Könül Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasında Qazaxıstanın Almatı şəhərində keçirilmiş müzakirələr müsbət keçib, ikitərəfli müzakirəyə hazırıq”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, İranla “altılıq” arasında müzakirələr səmərəli olub: “Əgər rəsmi Tehran ciddi əməkdaşlıq edərsə, kollektiv və davamlı razılığa gəlmək mümkündür”. C. Kerri deyib ki, İran nə edəcəyini yaxşı bilir: “ABŞ prezidenti də İranın nüvə silahına sahib olmasına mane olmaq üçün lazımi tədbirlər görməkdə ciddidir”.