Bank Of Baku

ABŞ Ddvlət katibi Con Kerri Avropa və Asiya turnesi çərçivəsində Türkiyəyə də səfər edəcək

ABŞ Ddvlət katibi Con Kerri Avropa və Asiya turnesi çərçivəsində Türkiyəyə də səfər edəcək
# 19 fevral 2013 22:42 (UTC +04:00)

Vaşinqton. N. Kazımova - APA. ABŞ dövlət katibi Con Kerri fevralın 24-dən martın 6-dək tutduğu postda ilk xarici turnesi çərçivəsində Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

 

APA-nın Vaşinqton bürosunun verdiyi xəbərə görə, Con Kerri səfərdə olacağı ölkələrin rəhbərləri, vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirməyi planlaşdırır. C. Kerri turne çərçivəsində ikitərəfli əməkdaşlığa dair məsələləri və dünya siyasətinin əsas aspektlərini - təhlükəsizlik problemlərini, Suriya, Mali, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək niyyətindədir.

 

Turne çərçivəsində ABŞ dövlət katibinin Türkiyəyə də səfəri planlaşdırılır. C. Kerrinin ölkə rəsmiləri ilə görüşlərində ikitərəfli strateji prioritetlər əsas müzakirə mövzusu olacaq.

 

Buraya regional sabitlik, sülh və təhlükəsizlik kontekstində Suriyanın böhrandan çıxması, terrorla mübarizə də daxil olmaqla Amerika-Türkiyə əməkdaşlığının inkişafı məsələləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR