Bakı. Zümrüd Paşayeva – APA. ABŞ dövlət katibi Con Kerri İsrailin baş naziri Benyamin Netanyahunu qərarını dəyişməyə çağırıb.
APA - nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı C. Kerri İsrail hökumətinin fələstinlilərə aid 4 min hektar ərazidə yaşayış məntəqəsini tikmək qərarından vaz keçməyi məsləhət görüb.
Söhbət əsnasında həmçinin Qəzza bölgəsində hökm sürən atəşkəs çərçivəsində müzakirələrin yenidən başlanmasına toxunulub.