Bank Of Baku

ABŞ Dövlət katibi Rusiyanı Suriyaya silah satmamağa çağırıb

ABŞ Dövlət katibi Rusiyanı Suriyaya silah satmamağa çağırıb
# 09 may 2013 23:05 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiyanın Suriyaya silah satmasına qarşıdır, çünki bu addım İsrailin sabitliyinə təhlükə yaradır. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibi Con Kerri İtaliyaya səfəri zamanı açıqlamasında bildirib.

 

“Mənim fikrimcə, biz mövqemizi büllur kimi aydın təqdim etdik ki, Rusiya Suriyaya yardım etməsin”, deyə Kerri qeyd edib.

 

 Qeyd edək ki, bir müddət əvvəl KİV-lər Moskvanın Suriyaya 144 ədəd “Yer – Hava” tipli yeni   raket sistemlərinin satışına hazırlaşdığını qeyd edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR