APA-nın məlumatına görə, Hillari Klinton bu qərarını ABC kanalına müsahibəsində açıqlayıb.
“Artıq demişəm və doğrudan da bir daha siyasətlə məşğul olmağı düşünmürəm. Bildiyiniz kimi, son 20 ildə ABŞ və beynəlxalq arenada siyasi fəaliyyətimin ən yüksək zirvəsinə çatmışam. Düşünürəm ki, artıq bu sahədən keçmək vaxtıdır. Bəlkə ürəyimdən mütaliə etmək, yazmaq, danışmaq və dərs demək keçdi. Xeyriyyəçilik fəaliyyətimi davam etdirmək və elmi dairələrdə işləmək niyyətim də var”.