Bakı-APA. Hökumət təyyarəsində yaranan texniki nasazlıq səbəbindən ABŞ dövlət katibi Con Kerrinin Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.
Kerri Vaşinqtondan İstanbula uçması bu gün yerli vaxtla 7.00-a nəzərə tutulmuşdu, lakin təyyarənin yola düşməsinə az qalmış qapıda nasazlıq yaranıb. Dövlət katibi, onun yoldaşı, xidmətçi heyəti və cangüdənləri təyyarəni tərk etməli olublar.
Bir müddət sonra dövlət katibinə təcili olaraq ehtiyat təyyarə təşkil olunub və o ən azı iki saat yubanma ilə yola düşüb.