Bakı. Könül Cəfərli - APA. ABŞ Fars körfəzində lazer silahlar yerləşdirir. APA-nın “The New York Times” qəzetinə istinadən məlumatına görə, bu silahlar bir neçə saniyə ərzində kiçik gəmiləri və pilotsuz aparatları məhv etmək qabiliyyətinə malikdir.
Sistemin 32 milyon dollar dəyərində olduğu və əsasən ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Pons” gəmisində yerləşdiriləcəyi bildirilir. Eyni zamanda xəbərdə sistemin bu il xidmətə girəcəyi və 2014-cü ildə Fars körfəzində yerləşdiriləcəyi qeyd olunub.
Lazer silah elektrik enerjisi ilə işləyir. Ancaq bu sistemin işləməsi hava şəraitindən çox asılıdır. Çünki silah yağış və ya dumanda effektli deyil. Hazırda ABŞ-la yanaşı, Çin, İsrail, Almaniya və Fransa da lazer silah texnologiyasını inkişaf etdirir.