Bakı. Könül Cəfərli - APA. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Fars körfəzinə atom təyyarədaşıyan gəmi göndərir.
APA-nın məlumatına görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətindən açıqlama verilib.
Hazırda “Nimitz” adlanan aviadaşıyıcıda təmir işləri aparılır. Avidaşıyıcının Fars körfəzinə nə vaxt göndəriləcəyi məlum deyil. Xəbərdə “Nimitz” atom təyyarədaşıyan gəmisi ilə birlikdə bölgəyə bir neçə raket daşıyan kreyser və sualtı qayığın da göndəriləcəyi qeyd olunub. Eyni zamanda aviadaşıyıcının strukturuna 4 raket destroyeri də daxildir.