Bank Of Baku

ABŞ İrana qarşı yeni sanksiyalar qəbul edib

ABŞ İrana qarşı yeni sanksiyalar qəbul edib
# 14 dekabr 2012 09:21 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. ABŞ İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən İranın 7 özəl şirkətinə və 5 fiziki  şəxsə qarşı sanksiya tətbiq edib.

 

APA-nın məlumatına görə, bu barədə ABŞ maliyyə nazirinin müavini Devid Kohen açıqlama verib.

 

O bildirib ki, sanksiyaya məruz qalan şirkət və şəxslər uranın zənginləşdirilməsi üçün İran hökumətinə dəstək olublar: “Bu cür fəaliyyət Avropa Birliyinin Təhlükəsizlik Şurası tərəfindən qadağan edilib. Ağ Evin sanksiya siyahısına yeni əlavə edilənlər İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlıq edən şirkət və şəxslərdir. ABŞ hökuməti tərəfindən qəbul edilən İrana qarşı sanksiyalar da vətəndaşlarımızın sanksiyaya məruz qalan İrana bağlı şirkət və şəxslərlə iş əməkdaşlığını qadağan edir. Tehran AB Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinə baxmayaraq, nüvə proqramını inkişaf etdirməyə davam edir. ABŞ İrana təzyiq göstərmək üçün xarici tərəfdaşları ilə əməkdaşlığa davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR