Bank Of Baku

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
# 28 noyabr 2012 13:29 (UTC +04:00)

 

 

Bakı. Könül Cəfərli – APA. ABŞ İranın uranın zənginləşdirilməsi prosesini dayandırması üçün bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

 

APA-nın məlumatına görə, layihənin müəllifləri demokrat senator Robert Menendes və onun respublikaçı həmkarı Mark Kirkdir.

 

Sənədin yaxın günlərdə ABŞ Senatına təqdim ediləcəyi bildirilir. Qanun layihəsində İranın qlobal ticarətinə zərbə vurmaq üçün enerji, dəniz nəqliyyatı və mədən sənayesinə sanksiya tətbiq edilməsi öz əksini tapıb. Bunun üçün ilk növbədə dəniz nəqliyyatı, limanlar, gəmi inşası və yeni enerji daşıyıcıları növlərini əhatə edən sahələrdə İranla əməkdaşlıq edən xarici bankların ABŞ maliyyə sistemindən xaric olunması planlaşdırılır. Eyni zamanda sanksiyaların kömür və qiymətli daşların alqı-satqısını da əhatə edəcəyi bildirilir. Qadağalar həmçinin ABŞ tərəfindən “qara siyahı”ya salınmış fiziki və hüquqi şəxs və təşkilatlara da şamil ediləcək, həmçinin müxtəlif malların sığortası dayandırılacaq. Yeni sanksiyalar İran iqtisadiyyatının çöküşünün sürətləndirilməsinə və tamamilə məhv edilməsinə hesablanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR