Bakı-APA. ABŞ hesab edir ki, İranın uranın zənginləşdirmə imkanları xeyli azaldılmalıdır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə ABŞ administrasiyasının nümayəndəsi bildirib.
“Zənginləşdirmə imkanları İranın hazırda malik olduğu imkanların yalnız kiçik hissəsini təşkil etməlidir”, deyə o qeyd edib.
ABŞ administrasiyasında, həmçinin, İranın nüvə proqramına dair danışıqların nəzərdə tutulmuş müddətdə, yəni iyulun 20-dək yekunlaşacağına ümid edirlər.