Bank Of Baku

ABŞ İranın 4 şirkət və 1 vətəndaşına qarşı sanksiya tətbiq edib

ABŞ İranın 4 şirkət və 1 vətəndaşına qarşı sanksiya tətbiq edib
# 23 dekabr 2012 00:22 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. ABŞ Maliyyə Nazirliyi İranın nüvə proqramına yardım etmələri səbəbindən 4 şirkət və 1 vətəndaşına qarşı sanksiya tətbiq edib. APA-nın məlumatına görə, bunlar “SAD Import Export Co”, “Chemical Industries and Development of Materials Group”, “Marine Industries Organization”, “Doostan International Co.” və Mustafa Əsbətidir. Xəbərdə həmçinin “SAD Import Export Co” şirkətinin İran Müdafiə Sənayesi Təşkilatı adına Suriya prezidenti Bəşər Əsədin rəhbərliyi altındakı Suriya Silahlı Qüvvələrinə silah nəql etdiyi də bildirilir. Sanksiyalarda həmin şəxs və şirkətlərin ABŞ şirkətləri və vətəndaşları ilə əməkdaşlıq etməsi qadağan olunur, bu ölkədəki aktivləri də dondurulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR