Bakı. Könül Cəfərli - APA. ABŞ İranın cənubunda fəaliyyət göstərən Buşəhr Atom-Elektrik Stansiyasının (AES) yerləşdiyi ərazidə kəşfiyyatı son 2 ayda gücləndirib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Wall Street Journal” qəzeti yazıb.
Bildirilib ki, Buşəhr AES-dən yanacaq çubuqlarının çıxarılması ilə bağlı xəbər yayılandan sonra ABŞ hökuməti stansiyanın yerləşdiyi ərazidə kəşfiyyatı gücləndirib. Qəzetin yazdığına görə, Ağ Ev Buşəhrin fəaliyyətindən narahatdır və bu səbəbdən də stansiyaya diqqəti artırıb.