Bakı. Real Cəfərli - APA. ABŞ Maliyyə Nazirliyi Hollandiyanın “Fokker” aviaşirkətini cərimələyib.
APA-nın “Mehr” xəbər agentliyinə istindən verdiyi məlumata görə, aviaşirkət İran və Sudanla əməkdaşlıqda təqsirləndirilib.
“Fokker” 2005-2010-cu illərdə Tehran və Xartuma təyyarələrin ehtiyat hissələrini satmaqda günahlandırılaraq rəsmi Vaşinqtonun bu ölkələrə qarşı tətbiq etdiyi birtərəfli sanksiyaları pozduğuna görə 21 milyon dollar cərimə ödəməlidir. ABŞ Maliyyə Nazirliyi aviaşirkətlə bu istiqamətdə müzakirələr aparıldığını, onların öz səhvlərini qəbul etdikləri və cərimənin ödənilməsi ilə razılaşdıqlarını açıqlayıb.