Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ İraqa əlavə olaraq 475 hərbçi göndərəcək.
APA - nın Pentaqonun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Departamentinin sözçüsü Con Kirbi deyib.
Gələn həftə İraqa göndəriləcək hərbi kontingent bu ölkənin təhlükəsizlik qüvvələrinə təlim keçəcək, hərbi texnikadan istifadə və hərbi kəşfiyyat məsələlərində yardım edəcək.
C. Kirbi bildirib ki, işlər Bağdad və Ərbildə yerləşən vahid operativ qərargahdan koordinasiya olunacaq. Bununla da ABŞ-ın İraqdakı hərbçilərinin sayı 1600-ə çatacaq.