Bank Of Baku

ABŞ Konqresinə döyüş silahlarının satışının qadağan olunması barədə qanun layihəsi təqdim ediləcək

ABŞ Konqresinə döyüş silahlarının satışının qadağan olunması barədə qanun layihəsi təqdim ediləcək
# 17 dekabr 2012 23:09 (UTC +04:00)

Bakı-APA. Senator Dayan Faynstayn ABŞ Konqresinin yeni heyətinin birinci iş günündə döyüş silahlarının satışını qadağan edən qanun layihəsini müzakirəyə çıxarılmasını vəd edib. Onun sözlərinə görə, bir il ərzində hazırlanan qanun layihəsini Konqresin hər iki palatasına eyni vaxtda təqdim ediləcək.

 

“Qanun layihəsinin məqsədi döyüş silahlarını şəhərlərimizin küçələrindən tamamilə yığışdırmaqdır. Buna nail olmaq mümkündür. Qanun layihəsi gələcəkdə silahın satışını, ötürülməsini, gətirilməsini və saxlanmasını qadağan edəcək”, deyə senator NBC telekanalına müsahibəsində bildirib. Senator əlavə edib ki, məhdudiyyətlər darağında 10 güllədən artıq olan silahlara da aid ediləcək.

 

Silah dövriyyəsinə nəzarətin şiddətlənməsi məsələsi bu günlərdə Konnektikut ştatında baş vermiş qanlı qətliamdan sonra gündəmə gəlib. Xatırladaq ki, 20 yaşlı Adam Lanza ibtidai məktəbə gələrək 20-si uşaq olmaqla 26 insanı amansızcasına qətlə yetirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR