Paşha Bank
Bank Of Baku

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ed Pastor Xocalı faciəsi ilə bağlı bəyanat yayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ed Pastor Xocalı faciəsi ilə bağlı bəyanat yayıb
# 01 mart 2013 02:02 (UTC +04:00)

 

Bakı-APA. 27 fevral 2013-cü il tarixində ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü konqresmen Ed Pastor Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə bəyanatla çıxış edib. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, Ed Pastor Xocalı faciəsini Ermənistan-Azərbaycan müharibəsinin ən faciəvi hadisəsi olduğunu, yüzlərlə insanın həlak olması, ailələrin məhv edilməsi və şəhərin dağıdılması ilə nəticələndiyini bildirib.

 

Konqresmen Ermənistan və Azərbaycan arasında 1994-cü ildə atəşkəs imzalanmasına baxmayaraq, münaqişənin davam etdiyini və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hələ də erməni gücləri tərəfindən işğal altında saxlandığını bəyan edib.

 

Konqresmen Pastor Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyini və iqtisadi yüksəlişini təmin edəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR