Bakı – APA. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İŞİD üzvlərinin sayını açıqlayıb.
APA - nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, MKİ sözçüsü Ryan Trapani bildirib ki, İraq və Suriyada təxminən 20-31 min nəfər döyüşür.
“Suriyada döyüşən 15 min İŞİD üzvündən 2 min nəfər Qərb ölkələrindən gələnlərdir. İyundan bəri bu terrorçu qruplaşmasına qoşulanların sayında xeyli artım olub. Bu isə onların özlərini “xilafət” elan etməsi və bəzi döyüşlərdə qələbə qazanması ilə əlaqədardır”, - deyə o qeyd edib.
R. Trapani Qərb ölkələrindən İŞİD-ə qoşulan şəxslərin Avropa və ABŞ üçün real təhlükə olduğunu vurğulayıb.
.