Bank Of Baku

ABŞ müdafiə naziri Suriya üsyançılarının silahlandırılmasının tərəfdarıdır

ABŞ müdafiə naziri Suriya üsyançılarının silahlandırılmasının tərəfdarıdır
# 08 fevral 2013 01:04 (UTC +04:00)

 

Bakı-APA. Vəzifədən getməyə hazırlaşan  ABŞ müdafiə naziri Leon Panetta Suriya üsyançılarının silahlandırılmasının tərəfdarı olduğunu bəyan edib.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, yüksək vəzifəli amerikalı siyasətçi ilk dəfədir ki bu barədə rəsmi açıqlama verib.

 

Leon Panetta qeyd edib ki, o keçən ilin yayında dövlət katibi Hillari Klinton və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Devid Petreus tərəfindən hazırlanan suriyalı üsyançıların silah təchizatına dair planı dəstəklədiyini bildirib.

 

Lakin prezident Barak Obama seçkilər ərəfəsində Suriyadakı münaqişəyə birbaşa müdaxilə etmək istəmədiyini bildirərək planı rədd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR