Bank Of Baku

ABŞ prezidenti İŞİD-lə mübarizədəki planı açıqlayacaq

ABŞ prezidenti İŞİD-lə mübarizədəki planı açıqlayacaq
# 07 sentyabr 2014 20:39 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama üç gün sonrakı çıxışında İŞİD-lə mübarizədəki planı açıqlayacaq.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, B. Obama bunu Amerikanın NBC televiziyasına müsahibəsində deyib.

 

Prezident bildirib ki, ABŞ İŞİD-i zəiflədəcək, “onun ərazilərinin sərhədini daraldacaq” və məğlub edəcək.

 

O deyib ki, İŞİD-dən gələ biləcək təhdidi normal qarşılamaq üçün ölkəsini hazırlayır. Obama “İslam Dövləti” qruplaşmasının mövqelərinə zərbə endirəcəklərini, lakin ABŞ-ın bölgəyə quru qoşunları göndərməyi düşünmədiyini də qeyd edib: “Bu, İraq müharibəsinə bənzər bir şey deyil. Daha çox son beş, altı, yeddi ildir ki, girişdiyimiz terrorla mücadilə kampaniyasına bənzəyir”.

 

O bildirib ki, İŞİD-ə qarşı mübarizəni ABŞ təkbaşına aparmayacaq, bu, beynəlxalq koalisiya tərəfindən reallaşacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR