Bank Of Baku

ABŞ Rusiyanın SSRİ-ni bərpa etmək cəhdlərindən şübhələnir

ABŞ Rusiyanın SSRİ-ni bərpa etmək cəhdlərindən şübhələnir
# 07 dekabr 2012 13:18 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ post-sovet məkanında Sovet İttifaqını bərpa etmək cəhdi kimi qiymətləndirdiyi inteqrasiya proseslərinə qarşıdır.

 

APA-nın “The Financial Times”a istinadən məlumatına görə, bunu ABŞ dövlət katibi Hillari Klinton Dublində insan haqları üzrə konfransın kuluarlarında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, regionun yenidən sovetləşdirilməsi istiqamətində fəaliyyətlər müşahidə edilir: “Lakin bunun adı əvvəlki kimi olmayacaq. Bu Gömrük Birliyi, Avrasiya Birliyi və ya başqa adda adlandırılacaq. Ancaq biz bununla yanılmamalıyıq. Biz əsas məqsədin nə olduğunu bilirik və fəaliyyətimizi elə qurmalıyıq ki, bu prosesi ləngidək və ya qarşısını alaq”.

 

Xatırladaq ki, Klinton Rusiya prezidenti Vladimir Putinin Avrasiya üçün inteqrasiya layihəsi haqqında bəyanatından sonra bu çıxışı edib. Həmin bəyanatında Putin bildirib ki, Rusiya, Belarus və Qazaxıstan tərəfindən yaradılan Gömrük Birliyi və vahid iqtisadi zona gələcəkdə Avrasiya Birliyinin yaranması üçün təkan olacaq.

 

Rəsmi Moskva da Klintonun bu fikirlərinə şərh bildirib. Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Klinton post-sovet məkanında baş verən proseslərlə bağlı doğru olmayan fikir irəli sürür: “Bizim keçmiş Sovet İttifaqı ərazisində izlədiyimiz yalnız iqtisadi inkişafa əsaslanan yeni inteqrasiya növüdür. İndiki zamanda inteqrasiyanın başqa yolu mümkün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR