Bank Of Baku

ABŞ Senatı Con Kerrini dövlət katibi postuna təsdiq edib

ABŞ Senatı Con Kerrini dövlət katibi postuna təsdiq edib
# 29 yanvar 2013 23:58 (UTC +04:00)

 APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Con Kerri yaxın günlərdə and içəcək.

 

Bundan əvvəl isə ABŞ Senatının Xarici Əlaqələr Komitəsi yekdilliklə Con Kerrinin ABŞ Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyib.

 

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama C.Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini 2012-ci ilin dekabrın 21-də irəli sürüb. O bu vəzifədə Hillari Klintonu əvəz edəcək.

 

Qeyd edək ki, Con Kerri xarici siyasət sahəsində böyük nüfuza malik mütəxəssis hesab olunur. O, bütün dünyada tanınmış və hörmətli siyasətçilərdən biri sayılır.

 

Politoloqlar hesab edirlər ki, dövlət katibinin dəyişməsinə baxmayaraq, ABŞ-ın xarici siyasət kursu əvvəlki kimi qalacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR