Bank Of Baku

ABŞ Senatı hərbi büdcəni təsdiqləyib

ABŞ Senatı hərbi büdcəni təsdiqləyib
# 13 dekabr 2014 08:00 (UTC +04:00)

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi dövlət büdcəsindən ABŞ-ın hərbi xərclərinə 577 mlrd. dollar,  o cümlədən 64 mlrd. dollar xarici ölkələrdə hərbi əməliyyatların aparılmasına ayrılmasını nəzərdə tutur.

 

Nümayəndələr Palatası qanun layihəsini dekabrın 4-ü təsdiqləyib. İndi isə sənəd imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.

 

Qanun layihəsinə əsasən, Pentaqonun baza büdcəsi 496 mlrd. dollar həcmində təsdiqlənib. Bundan 64 mlrd. dolları dünyanın bütün münaqişə zonalarında, o cümlədən Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmək üçündür.

 

Sənəd “İslam hökuməti” adlanan terrorist qruplaşması ilə mübarizə üçün İraq hərbçilərinin, o cümlədən kürd silahlıları və Suriyanın müxalifətinin hazırlanmasına da sanksiya verir.

 

Bundan başqa, Energetika Nazirliyinə nüvə silahı üzərində işlərin aparılması üçün 17,9 mlrd. dolların ayrılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR