Bakı. Könül Cəfərli - APA. ABŞ Senatı İrana qarşı qeyri-neft sektorunu əhatə edən yeni sanksiyalar paketi hazırlayır.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, yeni sanksiyalar kənd təsərrüfatı, sənaye və digər sahələrə aid məhsulların İrana ixracını məhdudlaşdıracaq.
Xəbərdə bildirilib ki, Tehrana qarşı ticarət və iqtisadi sahələri əhatə edən yeni sanksiyaların qəbul edilməsi üçün Senatın bir qrup üzvü yeni qanun layihəsi hazırlayır. Əgər bu layihə qəbul edilsə, İran qeyri-neft sektoruna aid məhsulları idxal etməkdə, eləcə də xarici ölkələrlə ticarət əlaqələrini həyata keçirməkdə ciddi məhdudiyyətlərlə qarşılaşacaq.